Yuxarı
    Bağlamaq

    Bakı muzeylərində açıq qapı günü keçiriləcək

    Kampaniya BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir

    Bakı. 27 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Milli Azərbaycan Tarix Muzeyi açıq qapı günü keçirir. Bu barədə "Report"a Tarix Muzeyindən məlumat verilib.

    Dekabrın 27-dən yanvarın 5-dək Milli Azərbaycan Tarix Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçirilir. 

    Tarix Muzeyindən bildirilib ki, gün ərzində muzeyi ziyarət edən qonaqlara muzey bələdçiləri ayrılacaq. On gün müddətində paytaxt sakinləri və şəhərimizin qonaqları Tarix Muzeyi və İçərişəhərdə yerləşən sözügedən muzey ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcək.

    Qeyd edək ki, muzeylərə sərbəst giriş kampaniyası hər il olduğu kimi, "BP Azərbaycan" şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. 

    Tarix Muzeyindən "Report" a verilən xəbərə görə, dekabrın 31-də muzeylər saat 16:00-dək fəaliyyət göstərəcək. Yanvarın 1-də isə bayramla əlaqədar olaraq bağlı olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi