Yuxarı
    Bağlamaq

    Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi silsilə tədbirlər keçirir

    Növbəti tədbir iyunun 12-dən 14-dək Masallıda təşkil olunacaq

    Bakı. 15 may. REPORT.AZ/ Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 illiyi münasibətilə bir sıra silsilə tədbirlərin keçirilir.

    "Report" xəbər verir ki, bu barədə Elmi Bərpa Mərkəzinin mətbuat xidməti məlumat verib.

    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə mərkəz mayın 11–13-də Sabirabad Rayon Mədəniyyət Mərkəzidə “MSXƏEBM 60: Mədəni irsi qorumaq naminə” adlı treninq seminar və fotosərgi təşkil edib. Tədbirdə Sabirabad, Saatı, Şirvan, Hacıqabul rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları qatılıblar.

    Tədbirlərin məqsədi regionlardakı muzey, qalereya, Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarını mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etməkdir.

    Bununla bağlı növbəti tədbir iyunun 12-dən 14-dək Masallıda təşkil olunacaq.

    Qeyd edək ki, indiyədək Elmi Bərpa Mərkəzində 15.000-dən çox müxtəlif muzey eksponatları bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi