Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi açılacaq

Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi açılacaq Sərgi Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Azərbaycan incəsənətinin təbliği məqsədi ilə keçirilir
İncəsənət
18 Aprel , 2016 14:13
Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi açılacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərgi aprelin 22-də başlayacaq və 28-dək davam edəcək. 

Sərgi Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Azərbaycana çoxsaylı xarici qonaqların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibəti ilə, ölkənin təsviri incəsənətinin təbliği, görkəmli Azərbaycan rəssamlarının yaratdıqları nadir sənət incilərinin nümayişi, milli incəsənətin təbliği məqsədi ilə keçiriləcək.

Sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, 20-ci əsr rəssamlarının və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq ərsəyə gətirilən nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər göstəriləcək.

Əsərlərin əksəriyyəti geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim olunacaqdır.

Son xəbərlər

Orphus sistemi