Muxtar Respublikada xalq teatrlarının festivalı başa çatıb

Muxtar Respublikada xalq teatrlarının festivalı başa çatıb Şahbuz Rayon Xalq Teatrı böyük bəstəkar və dramaturq Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını göstərib
İncəsənət
3 İyul , 2015 19:01
Muxtar Respublikada xalq teatrlarının festivalı başa çatıb

Bakı.3 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında keçirilən xalq teatrları festivalı başa çatıb. "Report" xəbər verir ki, festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şahbuz Rayon Xalq Teatrı böyük bəstəkar və dramaturq Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını göstərib.

Xatırladaq ki, tamaşanın rejissoru Ramiz Cəlilov, tərtibatçı rəssamı Səbuhi Tarverdiyev, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyevdir.

Festivalda Babək Rayon Xalq Teatrı I-ci, Şərur Rayon Xalq Teatrı II-ci, Şahbuz Rayon Xalq Teatrı III-cü yerə layiq görülüb.

Qaliblərə pul mükafatları və diplomlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi