Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə verilib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sayt musiqiliteatr.az ünvanında yerləşir.
Buna qədər Dövlət Musiqili Teatrının
Teatrın direktoru Əliqismət Lalayev bildirib ki, 106-cı mövsümünün başlanması ərəfəsində yeni saytın yaradılmasına qərar veriblər: "Dünya demək olar ki, hər gün texnoloji yeniliklərlə zənginləşir. Müasir dövrün tələblərindən biri də bu yeniliklərdən vaxtında və səmərəli şəkildə yararlanmaqdır. Yeni saytımız hazırlanan zaman bir sıra teatrların bu sahədəki təcrübəsinə nəzər saldıq, yaxşı ənənələrdən maksimum yararlanmağa çalışdıq. Musiqiliteatr.az saytını ziyarət edənlər Azərbaycan Dövlət Musiqili Teatrının tarixi, yaradıcı heyyəti, repertuarı və digər sahələr haqqında məlumat əldə edə bilərlər”