Yuxarı

Musiqili Teatrın aktyorları Fəcr Festivalında mükafata layiq görülüb

Teatr festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası ilə çıxış edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Musiqili Teatrın əməkdar artistləri Nahidə Orucova, Ələkbər Əliyev və Əkbər Əlizadə İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüblər.

Teatrdan "Report"a verilən məlumata görə, Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olublar.

Qeyd edək ki, teatr festivalda Azərbaycanı Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası ilə təmsil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi