Musiqili Teatrın aktrisası beynəlxalq festivala dəvət alıb

Musiqili Teatrın aktrisası beynəlxalq festivala dəvət alıb O, “Silva” operettasından Silvanın ariyasını alman dilində, Silva ilə Edvinin duetini isə Ukrayna dilində ifa edəcək
İncəsənət
7 İyun , 2017 20:01
Musiqili Teatrın aktrisası beynəlxalq festivala dəvət alıb

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası əməkdar artist Nərgiz Kərimova Ukraynada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nərgiz Kərimova iyunun 10-11-də V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında ölkəmizi təmsil edəcək. 

Dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malik olan bu mötəbər tədbir Kiyev Akademik Operetta Teatrında keçiriləcək. V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında bir çox Beynəlxalq müsabiqələrin laureatı olan əməkdar artist Nərgiz Kərimova İmre Kalmanın məşhur “Silva” operettasından Silvanın ariyasını alman dilində, Silva ilə Edvinin duetini isə Ukrayna təmsilçisi ilə Ukrayna dilində ifa edəcək. 

Kiyev Akademik Operetta Teatrında keçiriləcək V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında Nərgiz Kərimova ilə yanaşı, dünyanın bir sıra ölkələrinin tanınmış sənətçiləri də çıxış edəcəklər.

Xatırladaq ki, ötən il də bu beynəlxalq festivalda iştirak edən N.Kərimova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasını ifa edib.

Son xəbərlər

Orphus sistemi