Musiqili Teatr işə qəbulla bağlı müsabiqə elan edib

Musiqili Teatr işə qəbulla bağlı müsabiqə elan edib Azərbaycan Dövlət Akademik Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edib.
İncəsənət
24 May , 2019 17:46
Musiqili Teatr işə qəbulla bağlı müsabiqə elan edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı işə qəbulla bağlı müsabiqə elan edib.

Musiqili Teatrdan "Report"a verilən məlumata görə, müsabiqə aktyorluq sənəti üzrə (Azərbaycan və rus bölməsi), xor artisti, orkestr ifaçılığı, xoreoqrafiya sənəti üzrə aparılır.

Müsabiqədə teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər.

İştirak üçün şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış), əmək kitabçasının surəti, tərcümeyi-hal, yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən), 2 fotoşəkil (3x4), fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri tələb olunur.

Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi