Bakı.5 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib.
Bu barədə "Report"a Musiqili Teatrın mətbuat xidmətindən bildirilib.
Söhbət komediyaları ilə milyonlarla tamaşaçının ürəyini fəth etmiş Sabit Rəhmanın “Əliqulu evlənir” əsərindən gedir.
Səhnə əsərinə xalq artisti İlham Namiq Kamal quruluş verəcək. O, həm də tamaşanın liberetto müəllifi və baş rolun ifaçısıdır.
Qeyd edək ki, tamaşanın musiqisini xalq artisti Oqtay Rəcəbov bəstələyib. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlər, xormeystri Vaqif Məstanovdur.