Yuxarı

Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb

Studiyaya istedadlı gənclərin qəbulu davam edir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında Yaradıcılıq Studiyası yenidən fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, yaradıcılıq studiyasının rəhbəri, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı, rejissor Əsgər Əsgərovdur.

Artıq yaradıcılıq studiyasının ilk məşğələsi keçirilib. Məşğələdə Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, Əliqismət Lalayev iştirak edib.

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Musiqili Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasına istedadlı gənclərin qəbulu davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi