Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerasının tarixi açıqlanıb

Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerasının tarixi açıqlanıb Tamaşada rolları xalq artisti Şükufə Yusupova, əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər
İncəsənət
6 Fevral , 2017 14:19
Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerasının tarixi açıqlanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerası keçiriləcək.

Teatrdan "Report"a verilən məlumata görə, dramaturq İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və bəstəkar Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan tamaşa fevralın 9-da nümayiş olunacaq.

Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Fevralın 5-i genişmiqyaslı ictimai baxışı keçirilən tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.

Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fəqrli rakursdan təqdim edilməsində xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib.

Səhnə əsərinin  dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Tamaşada rolları xalq artisti Şükufə Yusupova, əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər. 

Son xəbərlər

Orphus sistemi