Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerası keçiriləcək

Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerası keçiriləcək Teatrda İlyas Əfəndiyevin eyni adlı pyesi və Qara Qarayevin musiqiləri əsasında səhnə əsəri hazırlanır
İncəsənət
30 Yanvar , 2017 13:49
Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerası keçiriləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının fevral ayı üçün repertuar planı açıqlanıb.

Teatrın mətbuat xidmətindən “Report"a verilən məlumata görə, fevralda İlyas Əfəndiyevin eyni adlı pyesi və Qara Qarayevin musiqiləri əsasında hazırlanan “Mənim günahım” tamaşasının premyerası keçiriləcək. 

Bundan başqa, 107-ci mövsüm ərzində teatrda “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş etdiriləcək.

Həmçinin  rusdilli və balaca tamaşaçılar “Silva” (İ. Kalman), “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), “Düyməcik” (H.K. Anderson), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərlərini izləyə biləcəklər.

Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi