Yuxarı
    Bağlamaq

    Musiqili Teatrda “Mənim günahım” adlı yeni tamaşa hazırlanır

    Səhnə əsərində baş rolu xalq artisti Şükufə Yusupova canlandıracaq

    Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşa səhnəyə qoyulacaq. 

    Teatrdan "Report"a verilən məlumata görə, yeni səhnə əsəri xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanır. Layihənin ideya müəllifi və bədii rəhbəri Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevdir.

    Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundovdur. Səhnə əsərinin quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.

    Tamaşada baş qəhrəmanı-Nurcahan obrazını hər zaman özünəməxsus ifası ilə fərqlənən, xalq artisti, “Şöhrət” ordenli Şükufə Yusupova canlandıracaq.

    Ş.Yusupova Musiqili Teatrla artıq bir neçə ildir əməkdaşlıq edir. Onun iştirakı ilə tamaşaya qoyulan N.V.Qoqolun “Evlənmə” əsəri 2012-ci ildə “Zirvə” mükafatına layiq görülüb.

    Ayqız obrazını gənc balerina Cəlalə Novruzlu ifa edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi