Musiqili Teatrda həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq

Musiqili Teatrda həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq Təbrizli aktyor Camal Saqinejad “999-cu gecə” nağıl-tamaşasında Şah obrazını ifa edəcək
İncəsənət
18 Oktyabr , 2017 21:31
Musiqili Teatrda həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 20, 21 və 22-də saat 12:00 və 19:00-da “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Düyməcik” (H.K. Andersen), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli) və “Qızılcücə” (V. Ulanovski, V. Orlov) tamaşaları təqdim ediləcək.

Səhnə əsərlərində əməkdar artistlər - Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Nahidə Orucova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, aktyorlar - Firuz Məmmədov, Marina Litvinenko, Nadir Xasıyev, Ağaxan Şərifov, Nadejda Povelitsina, Elxan İsmayılov,Yuliya Heydərova, Rauf Babayev, Elçin İmanov, Mehriban Zalıyeva, Emil Heydərov, Əliməmməd Novruzov, Şaban Cəfərov, Güldanə Əzimova, Əmrah Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər.

Oktyabrın 21-i və 22-də nümayiş olunacaq “999-cu gecə” böyüklər üçün nağıl-tamaşada Təbrizin sevilən kino və teatr aktyoru Camal Saqinejad tamaşaçıların qarşısına çıxacaq. O, Teatrın bu uğurlu səhnə əsərində Şah obrazını ifa edəcək.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 20 oktyabr saat 12:00-da H.K.Andersenin “Düyməcik”, 22 oktyabr saat 12:00-da V.Ulanovski, V.Orlovun “Qızıl cücə” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz” əsəri 21 oktyabr tarixində saat 12:00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi