Musiqili Teatrda “Hacı Qara” tamaşasının premyerası keçiriləcək

Musiqili Teatrda “Hacı Qara” tamaşasının premyerası keçiriləcək Səhnə əsəri meydan üslubunda hazırlanıb
İncəsənət
8 Noyabr , 2017 14:18
Musiqili Teatrda “Hacı Qara” tamaşasının premyerası keçiriləcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Musiqili Teatrda dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasının premyerası keçiriləcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu məşhur və klassik əsər əsasında hazırlanan tamaşa bayram günü – 9 noyabr Dövlət Bayrağı Günü tamaşaçılara təqdim olunacaq.

Saat 12.00-da nümayiş ediləcək tamaşa meydan üslubunda hazırlanıb. Teatrdan bildirilib ki, bir sıra yeniliklərlə zəngin olan tamaşanın quruluşçu rejissoru əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur.

Səhnə əsərində rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Tamaşaya 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi