Musiqili Teatrda “Bəxtəvər” tamaşası nümayiş olunacaq

Musiqili Teatrda “Bəxtəvər” tamaşası nümayiş olunacaq Tamaşa Təbriz Teatrı ilə birlikdə hazırlanıb
İncəsənət
17 Mart , 2017 19:15
Musiqili Teatrda “Bəxtəvər” tamaşası nümayiş olunacaq
Musiqili Teatr

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı “Bəxtəvər” şousunu martın 21-də saat 18:00-da tamaşaçılara təqdim edəcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri Musiqili Teatr və İranda yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir. Novruz şənlikəri ilə əlaqədar olaraq beynəlxalq layihə kimi hazırlanan əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İran İslam Respublikasının nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidir.

Qeyd edək ki, layihənin ideya müəllifi və bədii rəhbəri əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev, əlaqələndiricisi İran İslam Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin kordinatoru Atabəy Nadiridir.

Səhnə əsərində rolları Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur, Cavad Əkbəri (İran İslam Respublikası, Təbriz Teatrı), əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov (Azərbaycan Respublikası, Musiqili Teatr) ifa edirlər.

Tamaşanın quruluşçu dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor asisstentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Son xəbərlər

Orphus sistemi