Musiqili Teatrda “Bağdadda bir gün” tamaşasının premyerası olub

Musiqili Teatrda “Bağdadda bir gün” tamaşasının premyerası olub
İncəsənət
13 Oktyabr , 2018 17:54
Musiqili Teatrda “Bağdadda bir gün” tamaşasının premyerası olub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında "Bağdadda bir gün” iki hissəli musiqili komediyası nümayiş olunub.

Teatrdan "Report"a verilən məlumata görə, xalq artisti Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanan və teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Maraqlı və rəngarəng süjet xətti, zəngin səhnə dekorasiyası və peşəkar aktyor ifaları ilə zövq oxşayan tamaşada şərq motivləri ilə yanaşı, milli koloritlərdən də geniş istifadə olunub. Əsərin süjet xəttindəki hadisələr Bağdad xəlifəsi Harun ər-Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir.

Qeyd edək ki, premyerada rolları əməkdar artistlər - Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər-Rəşid), Svetlana Bulax (Afət), aktyorlar - Emil Heydərov (Səlim), Yuliya Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram), Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim), Nadejda Povelitsina və Telnaz Hüseynova (Xacələr) ifa ediblər. Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı, əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri əməkdar artistlər - Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

Son xəbərlər

Orphus sistemi