Afaq Bəşirqızı yenidən səhnəyə qayıdır

Afaq Bəşirqızı yenidən səhnəyə qayıdır Bu gün Azərbaycanın xalq artisti doğum gününü qeyd edir
İncəsənət
15 Avqust , 2016 13:30
Afaq Bəşirqızı yenidən səhnəyə qayıdır

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin martında onurğa sütünundan əməliyyat olunan xalq artisti Afaq Bəşirqızı sentyabrdan səhnəyə çıxacaq.

Bu barədə "Report"a xalq artistinin özü məlumat verib. 

A.Bəşirqızı deyib ki, bundan sonra müntəzəm olaraq, teatrsevərlərin görüşünə gələcək: "Azərbaycan Dövlət Musiqili Teatrının yeni mövsümü mənim də iştirak etdiyim tamaşa ilə açılacaq. Sentyabrın 18-də dahi Üzeyir bəyin doğum günündə "O olmasın, bu olsun" musiqili komediyası ilə yenidən səhnəyə qayıdıram". 

Qeyd edək ki, bu gün xalq artistinin doğum günüdür.

Son xəbərlər

Orphus sistemi