Musiqili Teatr mövsümə "O olmasın, bu olsun" tamaşası ilə yekun vurub

Musiqili Teatr mövsümə "O olmasın, bu olsun" tamaşası ilə yekun vurub "O, olmasın bu olsun" Müsiqili Teatrın 105-ci mövsümünün ən uğurlu tamaşası sayılır
İncəsənət
13 İyul , 2015 10:24
Musiqili Teatr mövsümə O olmasın, bu olsun tamaşası ilə yekun vurub

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci teatr mövsümünü başa vurub.

"Report" xəbər verir ki, teatr mövsümün son tamaşası olaraq dahi Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" musiqili tamaşasını nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovadır.

Rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov,Əkbər Əlizadə, Ələkbər Əliyev, Novruz Qartal, aktyorlar Amil Məmmədov,Hüseyn Əlili və başqaları oynayıb.

"O olmasın, bu olsun" Müsiqili Teatrın 105-ci mövsümünün ən uğurlu tamaşası sayılır. Tamaşada Məşədi İbad obrazını canlandıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Milli mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi