Yuxarı
    Bağlamaq

    Musiqili Teatr Lənkəranda “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib

    Teatr Lənkəranda qastrol səfərində olub

    Lənkəran. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi Lənkəran şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib.

    "Report"un Cənub bürosunun verdiyi məlumata görə, kənd mədəniyyət klublarının birində baş verən hadisələrdən bəhs edən, satira və yumor dolu bu səhnə əsərində əsas rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlardan Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva oynayıblar.

    Qeyd edək ki, anşlaqla keçən tamaşanı 500-ə yaxın sənətsevərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də izləyiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi