Musiqili Teatr I Avropa Oyunları ilə əlaqədar xüsusi repertuar əsasında fəaliyyət göstərəcək

Musiqili Teatr I Avropa Oyunları ilə əlaqədar xüsusi repertuar əsasında fəaliyyət göstərəcək Əliqismət Lalayev: "Repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik"
İncəsənət
7 May , 2015 11:31
Musiqili Teatr I Avropa Oyunları ilə əlaqədar xüsusi repertuar əsasında fəaliyyət göstərəcək

Bakı. 7 may. REPORT.AZ/ "Azərbaycan Dövlət Musiqili Teatrı I Avropa Oyunlarına hazırdır". "Report" xəbər verir ki, bunu teatrın direktoru Əliqismət Lalayev deyib.

Onun sözlərinə görə, Musiqili Teatr "Bakı-2015" Avropa Oyunları ilə əlaqədar iyun ayında xüsusi repertuar əsasında fəaliyyət göstərəcək: “İyun ayında teatrda 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulub. Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. İyunda Azərbaycana dünyanın müxtəlif ölkələrindən qonaqların – turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik". 

Ə.Lalayev deyib ki, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Oqtay Kazimi və Ramiz Heydərin “Qızıl toy”, Jan Batist Molyerin “Skapenin kələkləri”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, Rauf Hacıyev, Elxan Ocaqov, Faiq Zöhrabov “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlar üçün nümayiş olunacaq: "Mədəniyyət və Turizm Nazirliyinin xüsusi sifarişi ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici dillərdə nümayişinə də imkan yaradacaq. Biz bir necə gün əvəvl artıq bu təcrübədən istifadə etmişik və əldə olunan nəticə gözlədiyimizdən də yüksək səviyyədə olub. Bu günlərdə Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının iştirakçıları olan təqribən 70-ə yaxın dövləti təmsil edən 400-ə yaxın qonaq bu üsulla teatrımızda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyib. Tamaşadan sonra qonaqlar çox böyük zövq aldıqlarını və razı qaldıqlarını bildirdilər".

Direktor bildirib ki, bir sıra tamaşalar rus dilində nümayiş olunacaq. 

Son xəbərlər

Orphus sistemi