Musiqili Teatr Fəcr Festivalında çıxış edib

Musiqili Teatr Fəcr Festivalında çıxış edib Tamaşaçıların xahişi ilə səhnə əsəri ikinci dəfə nümayiş olunub
İncəsənət
18 Yanvar , 2017 12:20
Musiqili Teatr Fəcr Festivalında çıxış edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında çıxış edib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatr festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib.

Bildirilib ki, böyük maraqla qarşılanan səhnə əsəri tamaşaçıların xahişi ilə istisna olaraq  ikinci dəfə nümayiş olunub. 

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanovdur.

Rolları əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

Son xəbərlər

Orphus sistemi