Musiqili Teatr bayram günlərində nümayiş etdirəcəyi tamaşaların afişasını yayıb

Musiqili Teatr bayram günlərində nümayiş etdirəcəyi tamaşaların afişasını yayıb Həm rusdilli, həm də balaca tamaşaçılar unudulmayıb
İncəsənət
17 Mart , 2016 21:07
Musiqili Teatr bayram günlərində nümayiş etdirəcəyi tamaşaların afişasını yayıb

Bakı. 17 mart. REPORT.AZ/ Nazirlər Kabinetinin qərarına əsasən Novruz bayramı ilə əlaqədar ölkədə 8 gün (20-27 mart) qeyri-iş günü olacaq. Dövlət Musiqili Teatrı da bayramla bağlı istirahət günlərində maraqlı tamaşalarla çıxış edəcək.

Teatrdan "Report"a verilən məlumata görə, martın 19, 25, 26, 27-də saat 12.00 və 19.00-da tamaşaçılara “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), “Qafqazlı qardaşqızı” (R.Hacıyev), “Bir dayan, canavar!” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) və “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov) tamaşaları təqdim ediləcək.

Musiqili Teatr bayram günlərində də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, martın 25-də saat 19.00-da SSRİ xalq artisti R.Hacıyevin “Qafqazlı qardaşqızı” iki hissəli operettası böyüklər ücün, martın 26-da saat 12.00-da isə R.Ağayeva, A.Xayt və A. Kurlyanskinin “Bir dayan, canavar!” musiqili nağıl-tamaşası uşaqlar üçün rus dilində təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları –xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Şövqi Hüseynov, Nərgiz Kərimova, Cingiz Əhmədov, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Svetlana Bulax, Əkbər Əlizadə, Əzizağa Əzizov, Boris Qrafkin, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Nicat Həbibov, Gülnarə Əzizova, Fərid Rzayev, Marina Litvinenko, Elçin İmanov, Yuliya Heydərova, Nadir Xasıyev, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov və başqalarının ifalarını izləyə biləcək.

Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi