Musiqili Teatr 107-ci mövsümə Milli Musiqi Günündə başlayacaq

Musiqili Teatr 107-ci mövsümə Milli Musiqi Günündə başlayacaq Açılış günü “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq
İncəsənət
7 Sentyabr , 2016 17:56
Musiqili Teatr 107-ci mövsümə Milli Musiqi Günündə başlayacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümünə 18 sentyabr – Milli Musiqi Günü start verəcək.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, bunu Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

O deyib ki, 107-ci mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.

Qeyd edək ki, həmin gün – 18 sentyabrda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı da öz işinə başlayacaq.

Tamaşaçılara Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili və başqaları ifa edirlər.

Son xəbərlər

Orphus sistemi