Musiqili Teatrın kollektivi əsgərlər qarşısında çıxış edəcək

Musiqili Teatrın kollektivi əsgərlər qarşısında çıxış edəcək Konsert Həmrəylik Gününə həsr olunub
İncəsənət
24 Dekabr , 2014 09:55
Musiqili Teatrın kollektivi əsgərlər qarşısında çıxış edəcək

Bakı.24 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə N saylı hərbi hissənin əsgərləri qarşısında bayram konserti ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Musiqili Teatrın mətbuat xidməti yayıb.

Əsgərlər xüsusi olaraq onlar üçün təşkil olunmuş konsert proqramında teatrın repertuarına daxil olan Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Ələsgərov və İ.Məlikzadənin “Subaylarınızdan görəsininz” komediyalarından müxtəlif səhnələri izləyə biləcəklər.

Əməkdar artistlər Çingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Nahidə Orucova, həmçinin Gültac Əlili, Hüseyn Əlili və başqaları bir-birindən maraqlı səhnəcik və musiqi nömrələriylə çıxış edəcək.

Qeyd edək ki, bayram konsertinin aparıcısı əməkdar artist Əkbər Əlizadə olacaq.  

Son xəbərlər

Orphus sistemi