Musiqi məktəblərində təhsil alan şagirdlərə ustad dərsləri keçirilib

Musiqi məktəblərində təhsil alan şagirdlərə ustad dərsləri keçirilib Ustad dərslərində 300 nəfərdən çox müəllim və şagird iştirak edib
İncəsənət
20 Fevral , 2015 09:45
Musiqi məktəblərində təhsil alan şagirdlərə ustad dərsləri keçirilib

Bakı. 20 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə respublikanın tanınmış musiqiçiləri, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilib. "Report" xəbər verir ki, 2015-ci ilin birinci yarısı üçün iş planına müvafiq olaraq Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, habelə Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin (cəmi 17 məktəb) müəllim və şagirdləri üçün tar, kamança, saz və violin ixtisasları üzrə ustad dərsləri keçirilib.

Ustad dərslərini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, xalq artisti Ramiz Quliyev (tar), əməkdar incəsənət xadimi Arif Əsədullayev (kamança), Hökumə Əliyeva (violin) və Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev (saz) aparıblar. Ustad dərslərində 300 nəfərdən çox müəllim və şagird iştirak edib.
Fevralın 24-25 -də Bakı şəhərində fəaliyyət göstərən Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd, Xocalı, Zəngilan, Kəlbəcər rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi