Murad Boz: "Film zamanı ən çətin səhnə dava hissələrini çəkərkən oldu"

Murad Boz: "Film zamanı ən çətin səhnə dava hissələrini çəkərkən oldu" "Filmimizə olan maraq bizi qane edir və çox sevinirik"
İncəsənət
5 Yanvar , 2017 23:28
Murad Boz: Film zamanı ən çətin səhnə dava hissələrini çəkərkən oldu

Bakı. 5 yanvar. REPORT.AZ/ “Hər zaman kinoya getməyi çox sevmişəm. Ona görə də karyeramda bir filmimin olmasını çox istəyirdim. Bu iş də, uğurumun davamı oldu. Ancaq təbii ki, əsas işim musiqi ilə bağlıdır, yəni mahnı oxumağı sevirəm”.

“Report” xəbər verir ki, bunu türk müğənni Murad Boz Bakıda qala gecəsi keçirilən “Dönərsə sənindir” filmindən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, filmin süjet xəttində yer alan sevgi acısını ən az qadınlar qədər kişilər də çəkir:

“Odur ki, sevgi acısının cinsiyyəti yoxdur. Məsələn, mən sevgi depressiyasına düşsəm, Sezen Aksunun həzin mahnılarına qulaq asmaram. Yaxud da spirtli içki qəbul etməklə acını yüngülləşdirmək olmaz. Çünki səhər ayılanda onsuz da bütün xatirələr yada düşmüş olur. Yəni, hər şey qaldığı yerdən davam edər”. 

“Film zamanı ən çətin səhnə dava hissələrini çəkərkən oldu. Çünki mən adətən komediya janrlarında çəkilmişəm. Romantik komediyada çəkilmək xarakterimə daha uyğundur. Dram oynamaq çox çətindir. Dramatik rolda çəkilmək üçün mənə çox uzun zaman lazımdır. Lakin dava səhnəsində daha dramatik rolda olmaq lazım idi. Tərəf müqabillərim mənə bu işdə çox dəstək oldular”, - deyə sənətçi qeyd edib.

O, həmçinin əlavə edib ki, sabah filmin Antalyada qalası olacaq:

"Filmimizə olan maraq bizi qane edir və çox sevinirik. Əgər izləyicilərimiz də razı qalarlarsa, çox xoşbəxt olarıq”.

Qeyd edək ki, “Dönərsə sənindir” filminin təqdimatı bu gün Nizami Kino Mərkəzində olub.

Son xəbərlər

Orphus sistemi