Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı “Multikulturalizm ili” çərçivəsində Xacmazda tamaşa nümayiş etdirib.
Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.
V.Ulanovski və V.Orlovun uşaqlar üçün “Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. Bundan əvvəl isə Masallı rayonunda yenə də uşaqlar üçün O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasını balacaların ixtiyarına verilib.
Tamaşanın quruluşçu-rejissoru Svetlana Bulax, rejissor-assistenti Tamilla Aslanovadır.
Rolları əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Rauf Babayev, Gülnarə Kərimbəyova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edib.