"Müharibə uşaqları" sənədli filminin premyerası olacaq

"Müharibə uşaqları" sənədli filminin premyerası olacaq Film şəhidlərin əziz xatirəsinə həsr olunub
İncəsənət
26 Fevral , 2015 12:26
Müharibə uşaqları sənədli filminin premyerası olacaq

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan tədbir keçiriləcək.

"Report" xəbər verir ki, tədbirdən əvvəl 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzinin rəsm dərnəyinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək.

Daha sonra teatrın kiçik səhnəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filminin ilk premyerası nümayiş etdiriləcək.

Film Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi