Müğənni Adel "İlin ən yaxşı albomu" və "İlin ən yaxşı mahnısı" nominasiyalarında "Qremmi" mükafatı qazanıb

Müğənni Adel "İlin ən yaxşı albomu" və "İlin ən yaxşı mahnısı" nominasiyalarında "Qremmi" mükafatı qazanıb Qalibin adını kanadalı müğənni Selin Dion açıqlayıb və ona mükafatı təqdim edib
İncəsənət
13 Fevral , 2017 09:45
Müğənni Adel İlin ən yaxşı albomu və İlin ən yaxşı mahnısı nominasiyalarında Qremmi mükafatı qazanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Britaniyalı müğənni Adel "İlin ən yaxşı albomu" və "İlin ən yaxşı mahnısı" nominasiyalarında Amerika Səsyazma Akademiyasının əsas mükafatı olan "Qremmi" heykəlciyini qazanıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, o, "25" albomu və "Hello" sinqlına görə mükafatlara sahib çıxıb.

Qalibin adını kanadalı müğənni Selin Dion açıqlayıb və ona mükafatı təqdim edib.

Qeyd edək ki, "İlin ən yaxşı mahnısı" nominasiyasında aşağıdakı mahnılar da olub: "Formation" (Beyonse), "Love Yourself" (Castin Biber), "7 Years" (Lukas Qrem), "I took a Pill in Ibiza" (Mayk Pozner).

"İlin ən yaxşı albomu" nominasiyasında "25" albomunun rəqibləri isə Beyonsenin "Lemonade", kanadalı reper Dreykin "Views", Castin Biberin "Purpose" və kantri-rok-musiqiçi Stercil Simpsonun "A Saillor`s Guide To Earth" albomları olub.

Son xəbərlər

Orphus sistemi