“Muğamın müasir dinləyiciləri” adlı konsert proqramı təqdim olunub

“Muğamın müasir dinləyiciləri” adlı konsert proqramı təqdim olunub Konsertin gənc nəsil nümayəndələrində marağın oyadılması olub
İncəsənət
1 İyul , 2017 10:46
“Muğamın müasir dinləyiciləri” adlı konsert proqramı təqdim olunub

Bakı. 1 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının təşkilati dəstəyi ilə “Muğamın müasir dinləyiciləri” layihəsinin konserti keçirilib.

Bu barədə "Report"a  ATGTİ-nin  mətbuat xidmətindən məlumat verilib.

Bakı Musiqi Akademiyasının yanında Opera Studiyasının konsert salonunda baş tutan proqramın keçirilməsində məqsəd muğamın digər musiqi janrları ilə sintez olunaraq ifa edilməsi onun müasirləşməsinə və gənc nəsil nümayəndələrində marağın oyadılması olub. Layihə çərçivəsində musiqiçi mütəxəssislərin iştirakı ilə müxtəlif çalğı alətləri ilə ifa ediləcək 10 muğam parçası seçilib və bu parçaları ifa etmək üçün komandalar yaradılıb. Muğamın digər musiqi janrları ilə sintez edilərək tar, kamança və qavaldan əlavə digər xalqlara mənsub musiqi alətləri ilə ifa edilib.

Qeyd edək ki, yalnız tələbələrin cəlb olunduğu layihənin sonunda komandalar sertifikatlarla təltif olunub.

Son xəbərlər

Orphus sistemi