Muğam Mərkəzində tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Muğam Mərkəzində tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib Bakı. 25 noyabr. REPORT.AZ/ Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM), Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
İncəsənət
25 Noyabr , 2018 13:51
Muğam Mərkəzində tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM), Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

“Report” xəbər verir ki, tədbir tarzənin həyat və yaradıcılığı haqqında videoçarxın nümayişi ilə başlanıb.

Xalq artisti Vamiq Məmmədəliyev, millət vəkili Qənirə Paşayeva və jurnalist- publisist Sədaqət Kərimova çıxış ediblər. Onlar Məmməd Ağasıyevin ecazkar sənəti haqqında xatirələri ilə bölüşüblər.

Konsert proqramında xalq artistləri Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, əməkdar artist Feyruz Səxavət çıxış ediblər.

Onları xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edib.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi idi.

Gecənin sonunda sənətkarın qızı Sevinc Ağası ailəsi adından layihənin təşəbbüskarı və təşkilatçısı olan Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və belə layihələrə informasiya dəstəyi göstərən Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalına təşəkkürünü bildirərək, atasının xatirəsinə bəstələdiyi “Xatirələr” mahnısını ifa edib.

Noyabrın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən musiqi gecəsində Seyid Əzim Şirvaninin qəzəlləri səslənəcək.

Bundan əvvəl Muğam Mərkəzində Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Son xəbərlər

Orphus sistemi