"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək

"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək Festival 11-18 martda başlayır
İncəsənət
25 Fevral , 2015 14:47
Muğam aləmi IV Beynəlxalq Muğam Festivalı keçiriləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı təşkil olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Festival 11-18 mart tarixində keçiriləcək.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadədir.

Qeyd edək ki, festival çərçivəsində Beynəlxalq Elmi Simpoziumun, dünyanın tanınmış musiqiçilərinin konsertlərinin, gənc ifaçılar üçün IV Beynəlxalq Muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi