Moskvada yaşayan azərbaycanlı aktyorun 60 yaşı tamam olub

Moskvada yaşayan azərbaycanlı aktyorun 60 yaşı tamam olub "Mosfilm" kinostudiyasında çalışan Fərhad Hüseynov iki yeni filmdə çəkiləcək
İncəsənət
15 Avqust , 2016 17:32
Moskvada yaşayan azərbaycanlı aktyorun 60 yaşı tamam olub

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiyada yaşayan və "Mosfilm" kinostudiyasında çalışan azərbaycanlı aktyor Fərhad Hüseynovun 60 yaşı tamam olub.

F.Hüseynov "Report"a açıqlamasında deyib ki, yubileyini Moskvada dostlarının əhatəsində qeyd edəcək.

Aktyor bildirib ki, Rusiya paytaxtına yağan güclü yağış yubiley məclisinin keçirilməsi ilə bağlı planlarını pozub: "Yubileyimi bağ evimdə qeyd etmək istəyirdim. Amma yağış imkan vermədi. Buna görə də, təntənəli yubiley məclisim sabaha qaldı. Məclisdə Bakıdan, Daşkənddən gələn aktyor dostlarım iştirak edəcək. Daşkənddən Rustam Saqdullayev, Moskvadan bir çox aktyor və rejissorlar gələcək". 

F.Hüseynov onu da qeyd edib ki, hazırda iki yeni layihə üzərində çalışır: "Жена полицейского" və "Другой майор Соколов"adlı filmlərdə rollara təsdiq olunmuşam. Birinci filmin çəkilişi oktyabrın 5-6-da olacaq. Növbədə hələ iki filmin kastinqinin cavabları var. Ümid edirəm ki, həmin filmlərə də, təsdiq olunacam".

Xatırladaq ki, Azərbaycan tamaşaçılarının yaddaşında yazıçı Anarın çəkdiyi "Uzun ömrün akkordları (Üzeyir ömrü)" filmində ifa etdiyi Ağalar Əliverdibəyov obrazı ilə qalan F.Hüseynov görkəmli rejissor Ədil İsgəndərovun tələbəsi olub. Teatr İnstitutunu bitirdikdən sonra sənət fəaliyyətini Bakıda davam etdirən aktyor 1990-cı illərdə Rusiyaya köçüb. Hazırda Moskvada yaşayan F.Hüseynov "Mosfilm" kinostudiyasında çalışır.

Son xəbərlər

Orphus sistemi