Moskvada "Real olmayan qəhrəmanlar" adlı sərgi açılacaq

Moskvada "Real olmayan qəhrəmanlar" adlı sərgi açılacaq Sərgidə "Soyuzmultfilm"in kuklaları nümayiş olunacaq
İncəsənət
19 Noyabr , 2015 20:49
Moskvada Real olmayan qəhrəmanlar adlı sərgi açılacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Dekabrın 2-də Moskvada maraqlı sərgi açılacaq. Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri sərgi salonunda "Soyuzmultfilm" kukla qəhrəmanlarının sərgisi nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, sərgidə "Soyuzmultfilm"in muzeyində saxlanılan 200-dən çox kukla iştirakçılara təqdim ediləcək.

Təşkilatçılar ilk dəfə nümayiş etdiriləcək sərgidə balacaların sevimli qəhrəmanları - Çeburaşka, Krokodil Gena, Baron Münxauzen, Əlibaba və 40 quldur, Vinni-Pux, Karlson, Bremen musiqiçiləri və başqa cizgi filmlərin qəhrəmanlarının olacağını bildiriblər.

Sərgiyə tamaşa edəcək qonaqlar cizgi filmi rəssamları ilə eskizlər çəkəcək, onları maraqlandıran sualları peşəkarlara ünvanlayacaqlar.

2016-cı il fevralın 28-dək davam edəcək sərgi "Real olmayan qəhrəmanlar" adlanır. 

Son xəbərlər

Orphus sistemi