Moskvada Mstislav Rostropoviç festivalı keçiriləcək

Moskvada Mstislav Rostropoviç festivalı keçiriləcək Festival zamanı müxtəlif ölkələrdən məşhur kollektivlər və dirijorlar çıxış edəcəklər
İncəsənət
25 Mart , 2017 16:17
Moskvada Mstislav Rostropoviç festivalı keçiriləcək

Bakı. 25 mart. REPORT.AZ/ Moskva Dövlət Konservatoriyasının Böyük zalında martın 27-də VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı başlayacaq.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, festivalın bədii rəhbəri Olqa Rostropoviç bildirib ki, festivalın konsepsiyasının əsasında maestronun həyat və yaradıcılığında xüsusi rolu olan dörd ölkənin - Rusiya, ABŞ, Fransa və Yaponiyanın musiqi mədəniyyətlərinin əlaqələri dayanır.

Festival zamanı müxtəlif ölkələrdən məşhur kollektivlər və dirijorlar çıxış edəcəklər. Onlar məşhur klassik əsərləri ifa edəcəklər.

Festival aprelin 4-dək davam edəcək. 

Qeyd edək ki, M.Rostproviç 1927-ci il martın 27-də Bakıda anadan olub. O, 2007-ci ildə vəfat edib. 

Son xəbərlər

Orphus sistemi