Moskvada keçirilən "Şelkunçik" müsabiqəsinin musiqi rəhbəri Əyyub Quliyev olub

Moskvada keçirilən "Şelkunçik" müsabiqəsinin musiqi rəhbəri Əyyub Quliyev olub Müsabiqənin münsiflər heyətinin üzvləri Dmitriy Alekseyev, Yustas Dvarionas, Szian Li, Zaxar Bron, Robert Kabara, Boris Andrianov və başqalarıdır
İncəsənət
6 Dekabr , 2016 15:33
Moskvada keçirilən Şelkunçik müsabiqəsinin musiqi rəhbəri Əyyub Quliyev olub

Bakı. 6 dekabr. REPORT.AZ/ Moskvada noyabrın 29-dan dekabrın 6-dək gənc musiqi ifaçılarının beynəlxalq televiziya müsabiqəsi "Şelkunçik" keçirilib.

"Reportun xəbərinə görə, Rusiyanın Çaykovski adına Konsert zalında Moskva Dövlət Akademik Filarmonik Orkestrinin iştirakı ilə keçirilən müsabiqənin musiqi proqramının rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev olub.

Müsabiqənin münsiflər heyətinin üzvləri Dmitriy Alekseyev, Yustas Dvarionas, Szian Li, Zaxar Bron, Robert Kabara, Boris Andrianov, Xansyorq Şellenberger, Mariya Fedotova , Neboyşa Jivkoviç, Vadim Eylenkriqdir.

Müsabiqə 2000-ci ildə Rusiyanın "Mədəniyyət" kanalı tərəfindən yaradılıb və ölkədə nümayiş olunan akademik musiqi sahəsində keçirilən yeganə gənc müsabiqə ifaçılarının televiziya müsabiqəsidir. 

Son xəbərlər

Orphus sistemi