Yuxarı

Moskva Teatrı Səməd Vurğun adına Rus Dram Teatrına qonaq gəlir

Teatrın aktyorları premyera nümayiş etdirəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Moskva Teatrı Səməd Vurğun adına Rus Dram Teatrına qonaq gəlir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Rus Dram Teatrının mətbuat xidməti yayıb.

Dekabrın 20-də Rus Dram Teatrının səhnəsində tanınmış rus aktyoru Vyaçeslav Nevinneyin yaradıcılıq evi "Evlənmək istəyənlərə rəhbərlik" tamaşasının premyerasını təqdim edəcək.

Tamaşa A.P.Çexovun "Təklif", "Diplomat", "Ayı", "Uzun dil", hekayə və vodevillərinin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Rusiyanın əməkdar artisti Vyaçeslav Nevinneydir. Baş rollarda Rusiyanın xalq artisti Aleksandr Paşutin, əməkdar artist Aleksandr Semçov, həmçinin teatr və kino aktrisası Mirel çıxış edəcək.

Xatırladaq ki, dekabrın 20-də Səməd Vurğun adına Rus Dram Teatrının yaradılmasının növbəti ildönümüdür. Moskvalı qonaqlar teatrın ad günündə nümayiş etdirəcəkləri tamaşanı bakılı dostlarına hədiyyə edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi