Moskva "Eksperiment" Teatrı Bakıya qastrola gəlir

Moskva "Eksperiment" Teatrı Bakıya qastrola gəlir Teatr üç musiqili tamaşanı nümayiş etdirəcək
İncəsənət
30 Sentyabr , 2015 09:56
Moskva Eksperiment Teatrı Bakıya qastrola gəlir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Moskva "Eksperiment" Teatrı Bakıya iki günlük qastrol səfərinə gəlir.

"Report" xəbər verir ki, teatr oktyabrın 17 və 18-də Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.

Moskva "Eksperiment" Teatrı Bakı tamaşaçılarının qarşısında üç musiqili tamaşanı nümayiş etdirəcək.

Oktyabrın 17-də saat 12:00 və 15:00-da balaca tamaşaçılar üçün "Ağca və 7 cırtdan", axşam saat 20:00-da isə "Mister X və ya naməlum biri ilə məhəbbət" musiqili tamaşası, oktyabrın 18-də isə balaca tamaşaçılar üçün "Hay - sehrbazlar məktəbi" musiqili tamaşası nümayiş etdiriləcək. 

Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarında satılır. 

Son xəbərlər

Orphus sistemi