Yuxarı
    Bağlamaq

    Misirdə Ramzesin heykəli tapılıb - VİDEO

    Kvarts daşından yonulan heykəlin uzunluğu 8 metrdir© Courtesy İmage

    Bakı. 10 mart. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin şərqində keçmiş Evin şəhərində, Ayn Əş-Şəms bölgəsində aparılan arxeoloji qazıntılar zamanı II Ramzesin bütünün yanında eramızdan əvvəl 1292-1190-cı illərə aid edilən iki kral heykəli aşkarlanıb.

    “Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Misirin tarixi əsərlər naziri Mahmud Afifi bildirib.

    Onun sözlərinə görə, kvarts daşından yonulan heykəlin uzunluğu 8 metrdir. 

    Məlumata görə, heykəl həmin dövrdə Misiri idarə etmiş sülalənin 19-cu nəslinə aiddir.

    Alimlər ehtimal edirlər ki, bu, 3 min il əvvəl Misiri idarə etmiş firon II Ramzesin heykəlidir.

    Xəbərdə bildirilib ki, arxeoloji işləri Almaniya və Misir alimlərindən ibarət elmi ekspedisiya aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi