Mirzə Fətəli Axundovun pyesi əsasında hazırlanmış tamaşa Rusiya şəhərlərində nümayiş olunacaq

Mirzə Fətəli Axundovun pyesi əsasında hazırlanmış tamaşa Rusiya şəhərlərində nümayiş olunacaq Səməd Vurğun adına Rus Dram Teatrının truppası qastrol səfərinə yola düşür
İncəsənət
24 Oktyabr , 2017 18:01
Mirzə Fətəli Axundovun pyesi əsasında hazırlanmış tamaşa Rusiya şəhərlərində nümayiş olunacaq

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-dan noyabrın 9-dək Səməd Vurğun adına Rus Dram Teatrının truppası Rusiyanın bir sıra şəhərlərində qastrol səfərində olacaq.

Teatrdan "Report"a verilən məlumata görə, qastrollar Rusiya Mədəniyyət Nazirliyinin qastrol fəaliyyətinə dəstək Federal Mərkəzinin layihəsi çərçivəsində baş tutacaq.

Teatr truppası Smolensk, Pskov, Velikie Lukidə tamaşa göstərəcək.

Qastrol səfərlərinin repertuarında Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" pyesi və müasir rusiyalı dramaturq Petr Qladilinin "Afina gecələri" pyesi əsasında hazırlanmış tamaşalar yer alıb. Səhnə quruluşu teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskinindir.

Son xəbərlər

Orphus sistemi