Bakı. 2 oktyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrında yeni tamaşaya ictimai baxış olub.
Teatrdan "Report"a verilən məlumata görə, yazıçı Əli Səmədlinin "Cəsurlar" nağıl-pyesi əsasında "Ağıl və Güc" adlı tamaşa hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasovdur. Səhnə əsərində E.İbrahimova, A.Məmmədov kimi təcrübəli aktyorlarla yanaşı, teatrın gənc aktyorları da rol alıb.
Yaxın günlərdə tamaşanın premyerası olacaq.