Mingəçevir teatrı şəhərin yaradılmasının 67 illiyi münasibətilə tamaşa oynayacaq

Mingəçevir teatrı şəhərin yaradılmasının 67 illiyi münasibətilə tamaşa oynayacaq Noyabrın 11-də səhnə əsərinə baxış olacaq
İncəsənət
31 Oktyabr , 2015 12:58
Mingəçevir teatrı şəhərin yaradılmasının 67 illiyi münasibətilə tamaşa oynayacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrında "Təbəssüm" adlı tamaşa nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, tamaşa Mingəçevir şəhərinin yaradılmasının 67-ci ildönümü münasibətilə hazırlanıb.

Noyabrın 11-də nümayiş etdiriləcək tamaşanın müəllifi Əşrəf Əsgərov, rejissoru xalq artisti Zülfüqar Abbasovdur.

"Təbəssüm" tamaşasında teatrın aktyorları Fəridə Məmmədova, Hüseyn Mustafayev, İlqar Rəhimov, Akif Mirabov, Asim Məmmədov, Firuz Hacıyev, Asim Əmirov, Elmira İbrahimova, Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Ceyhun Əhmədov, Eyvaz Əliyev və Amil Fərzəliyev çıxış edir. 

Son xəbərlər

Orphus sistemi