Mingəçevir Dövlət Dram Teatrı yeni tamaşasını təqdim edəcək

Mingəçevir Dövlət Dram Teatrı yeni tamaşasını təqdim edəcək "Nənənin kələyi" komediyasının premyerası olacaq
İncəsənət
1 May , 2015 14:20
Mingəçevir Dövlət Dram Teatrı yeni tamaşasını təqdim edəcək

Bakı. 1 may. REPORT.AZ/ Mayın 1-də Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında xalq artisti, aktyor və rejissor Ağaxan Salmanlının quruluşunda Əhməd Orucəlinin "Nənənin kələyi" komediyasının premyerası olacaq.

"Report" xəbər verir ki, növbəti tamaşa mayın 3-də nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rəssamı Rəfael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Rolları Eyvaz Əliyev, Fəridə Məmmədova, Paşa Salmanov, Amil Fərzəliyev, Afiq Yusifov, Jalə Davıdova, Hüseyn Mustafayev, Asim Məmmədov və Ruhəngiz Abdullayeva ifa edir.

Qeyd edək ki, "Nənənin kələyi" komediyası uzun illər əvvəl ilk dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ağaxan Salmanlının quruluşunda səhnəyə qoyulub.

Son xəbərlər

Orphus sistemi