Yuxarı

Azərbaycanın iki Milli Qəhrəmanına həsr edilən filmlər nümayiş etdiriləcək

Filmlər Nizami Kino Mərkəzində təqdim ediləcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Cavanşir Rəhimov və Sərdar Səfərova həsr edilən iki sənədli film nümayiş etdiriləcək.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, filmlər noyabrın 23-dən 30-dək tamaşaçılara göstəriləcək. 

Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr edilən "Cavanşir" sənədli filminin quruluşçu rejissoru Kəmalə Musazadə, Sərdar Səfərova həsr edilən "Portret" filminin quruluşçu rejissoru Fariz Əhmədovdur.

Filmlərə giriş pulsuzdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi