Milli Qəhrəman haqqında filmin nümayişi olacaq

Milli Qəhrəman haqqında filmin nümayişi olacaq Filmdə Ənvər Fərəcovun həyatından və igidliklərlə dolu şərəfli döyüş yolundan bəhs edilir
İncəsənət
18 Yanvar , 2016 19:53
Milli Qəhrəman haqqında filmin nümayişi olacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Yanvarın 19-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Milli Qəhrəmanlar" sənədli filmlər silsiləsindən "Vətənə dönənim" filmi nümayiş olunacaq.

"Report" xəbər verir ki, film Azərbaycanın Milli Qəhrəmanı Ənvər Fərəcova həsr edilib.

"Yaddaş" sənədli filmlər studiyasında çəkilən filmin rejissoru Zamin Məmmədovdur. Filmdə qəhrəmanın həyatından və igidliklərlə dolu şərəfli döyüş yolundan bəhs edilir.

Qeyd edək ki, 20 Yanvar faciəsinin iyirmi altıncı il dönümü münasibətilə vətənpərvərlik filmlərinin nümayişi çərçivəsində təşkil olunacaq tədbirə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi