Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub

Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub Tədbirdə Ç.Qurbanovun ailəsi, millət vəkilləri, Müdafiə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər
İncəsənət
1 Aprel , 2017 15:29
Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub
Mod.gov.az

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Texniki Universitetdə bu ali məktəbin məzunu, Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə Ç.Qurbanovun ailəsi, millət vəkilləri, Müdafiə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də tanınmış ictimai xadimlər iştirak ediblər.

Müdafiə Nazirliyinin dəstəyi ilə “ARB Media Qrup” tərəfindən lentə alınan “Çin olan yuxu” adlı ekran əsərində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Filmin çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Texniki Universitetdə və xidmət etdiyi, Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə aparılıb.

Son xəbərlər

Orphus sistemi