Yuxarı

Milli Konservatoriyada Ağacəbrayıl Abasəliyevin 60 illik yubileyi keçiriləcək

Yubiley konserti dekabrın 16-da olacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Tanınmış kaman ifaçısı, Azərbaycanın əməkdar artisti Ağacəbrayıl Abasəliyevin 60 illik yubileyi münasibətilə konsert keçiriləcək.

"Report" xəbər verir ki, yubiley konserti dekabrın 16-da Azərbaycan Milli Konservatoriyasında olacaq.

Konsertdə əməkdar artistin tələbələri, sənət dostları çıxış edəcək.

Xatırladaq ki, Ağacəbrayıl Abasəliyev 1955-ci ildə Bakıda anadan olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi