Milli Kamera Orkestrinin konserti keçiriləcək

Milli Kamera Orkestrinin konserti keçiriləcək Konsert mayın 11-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq
İncəsənət
3 May , 2017 16:44
Milli Kamera Orkestrinin konserti keçiriləcək

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasında mayın 11-də Milli Kamera Orkestrinin konserti keçiriləcək.

“Report”un məlumatına görə, layihə “Mədəniyyət” kanalının, "Azərbaycan Radiosu"nun təşkilatçılığı ilə baş tutacaq.

Konsertdə xalq artistləri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, əməkdar artistlərdən Lalə Məmmədova, İlahə Əfəndiyeva, muğam müsabiqəsinin qaliblərindən Sərxan Büyyadzadə, Babək Quliyev, Türkay Məlikova, gənc müğənnilərdən Mehri Əsədullayeva, Aqil Rzayev, Taleh Yəhyayev, Turan Səfərli çıxış edəcəklər. 

Ansamblın bədii rəhbəri Arzu Səlimovadır.

Son xəbərlər

Orphus sistemi