“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək Aksiya zamanı “Yallı” və “Köçəri” rəqsləri ifa ediləcək
İncəsənət
4 Dekabr , 2015 16:48
“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

Bakı. 4 dekabr. REPORT.AZ/ “Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, flaşmob dekabrın 4-də “Metro Park” alış-veriş və ticarət mərkəzində olacaq. Tədbirin təşkilatçısı nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzidir.  

Aksiya zamanı müxtəlif rəqs kollektivləri “Yallı” və “Köçəri” rəqslərini ifa edəcək.

Tədbir iştirakçılarına YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri haqqında məlumat əks olunan broşürlər paylanacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycan fəxri mədəniyyət və incəsənət işçilərinin də iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi